Nicolas Maduro Venezuela

“Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft yataqlarının əksəriyyətinə nəzarətin ABŞ-a verilməsini təklif edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

“Maduro hərbi münaqişədən qaçmaq üçün daha əvvəl ABŞ Prezidenti Donald Trampa bunu təklif edib. Amma Ağ Ev rəhbəri danışıqlardan imtina edib, lakin tərəflər bu məsələnin müzakirəsini tam dayandırmayıb”, – deyə bildirilib.

Anonim bir Avropa rəsmisi qəzetə deyib ki,  Vaşinqton sadəcə olaraq gərginliyi artırır və Maduronun ölkəni tərk edəcəyinə və ya həbs edilərək ABŞ-a təhvil veriləcəyinə ümid edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: