Vaşinqton zərurət yaranarsa Venesuelaya quru qoşunlarını yerləşdirməyə hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun katibi Den Driskoll CBS News-a müsahibəsində bildirib.
“Prezident və ya müdafiə naziri bunu tələb edərsə, biz hərəkətə keçəcəyik. Artıq ordu hazırdır. Bu hər an baş verə bilər”, – deyə ABŞ rəsmisi bildirib.
Driskoll qeyd edib ki, ABŞ ordusu cəngəllikdə döyüşə hazırlığını bərpa etmək üçün artıq əhəmiyyətli səylər göstərib.
Tahir Turan
Globalinfo.az














