Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Globalinfo.az xəbər verir ki, Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına qarşı keçirilən matçda xəsarət alıb.
Qarşılaşmaya ilk “11-lik”də başlayan oyunçu ikinci hissədə meydana çıxa bilməyib. Onu Aydın Bayramov əvəzləyib.
Qeyd edək ki, Azərbaycan millisi hazırda məğlub durumdadır – 1:3.














