ktmt

Dekabrın 8-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“18-ci plenar iclasa Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sədrlik edəcək. İclasda kollektiv təhlükəsizliyin hüquqi əsaslarını gücləndirən, müasir çağırış və təhdidlərə qarşı birgə tədbirlərin səmərəliliyini artıran qanunların qəbulu gözlənilir”, – deyə bildirilib.

Qeyd edək ki, KTMT 1992-ci ildə Daşkənd müqaviləsinin imzalanması ilə təsis edilib. Təşkilat fövqəladə hallar zamanı tərəfdaş ölkələrdə vəziyyəti sabitləşdirmək üçün yaradılıb. Buraya Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Xatırladaq ki, İrəvan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: