“İranın bəyan edilməmiş nüvə obyektləri yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) respublika ərazisində yerləşən bütün nüvə obyektləri barədə məlumatı var.
“Hazırda İranda heç bir zənginləşdirmə fəaliyyəti aparılmır. Bütün müvafiq obyektlərə hücum edilib”, – Əraqçi bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ Prezidenti Donald Tramp İranın hazırda nüvə potensialına malik olmadığını elan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, İslam Respublikasının heç bir nüvə potensialı yoxdur.
Əliyar Xəlil
Globalinfo.az