unnamed

“Marşal Adaları bayrağı altında üzən Talara gəmisi ilə bağlı hadisədən xəbərdarıq və vəziyyəti yaxından izləyirik”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması məlumat yayıb.

Məlumata görə, SEPAH noyabrın 14-də Talara adlı kommersiya gəmisini saxlayıb.

İran bunu təsdiqləyərək, gəminin icazəsiz yük daşınması qaydalarını pozduğunu iddia edib.

Sözügedən olay Tehranın bir ildən artıq müddətdə ilk tanker ələ keçirməsi kimi qiymətləndirilir.

Bundan əvvəl oxşar hadisələr 2023-cü ilin apreli, 2024-cü ilin yanvarı və 2024-cü ilin aprelində baş vermişdi. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: