Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayev Rusiya pilotsuz təyyarələrinin Rumıniyanın hava məkanını pozması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Xarici işlər nazirinin əmri ilə Rusiyanın Buxarestdəki səfiri bu gün – 2025-ci il noyabrın 14-də çağırılıb. Ona Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının Rumıniya hava məkanını pozması ilə bağlı maddi, çoxsaylı və inandırıcı sübutlar təqdim edilib, daha sonra səfirlik əməkdaşına etiraz notası verilib”, – məlumatda deyilir.
Rumıniya Xarici İşlər Nazirliyi, eyni zamanda, pilotsuz təyyarənin Rumıniya vətəndaşları üçün birbaşa təhlükə yaratmadığını etiraf edib.
Qeyd edək ki, noyabrın 11-nə keçən gecə hərbçilər Rumıniyanın cənub-şərqində, Ukrayna ilə sərhədə yaxın ərazidə pilotsuz təyyarənin qalıqlarını aşkar ediblər. Həmçinin qeyd edilib ki, radarla Rumıniya ərazisinə daxil olan PUA-ları aşkar edib, lakin hava qüvvələri pis hava şəraiti səbəbindən pilotsuz təyyarələrin qarşısını almaq üçün döyüş təyyarələrini işə sala bilməyib.
Tahir Turan
Globalinfo.az














