ronaldo milli 1

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2026-cı il dünya çempionatının seçmə mərhələsinin son turunda Ermənistanla oyunu buraxacaq.

Globalinfo.az xəbər verir ki, buna səbəb superulduzun ötən gün qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Belə ki, Portuqaliya səfərdə İrlandiya ilə qarşılaşıb və 2:0 hesabı ilə uduzub. Bu oyunda komandanın kapitanı Kriştianu Ronaldo qırmızı vərəqə alaraq son tur matçında iştirak hüququndan məhrum olub.

Hazırda Portuqaliya seçmə qrupunda 10 xalla liderdir. Macarıstan 8 xalla ikinci, İrlandiya 7 xalla üçüncü, Ermənistan isə 3 xalla sonuncu pillədə qərarlaşıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: