Naxçıvanda uşaqlara ən çox verilən adlar – Siyahı

Naxçıvanda uşaqlara ən çox verilən adlar - Siyahı

Naxçıvan Muxtar Respublikasında cari ildə doğumu qeydə alınmış körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Naxçıvan Ədliyyə Nazirliyindən Globalinfo.aza bildirilib ki, oğlanlara daha çox Uğur, Əli, Hüseyn, Yusif, Raul, Alparslan, Atilla və Məhəmməd adları verilib.

Qızlara isə Zəhra, Aylin, Nilay, Zeynəb, Ayla, İnci, Melisa, Alisa və Miray kimi adların verilməsi üstünlük təşkil edib.