481c8723 01f9 34a8 b5f7 9e28c21c5144 850

Ucarda üç minik maşınının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

Globalinfo.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Rəstəcə kənd sakini, 1973-ci il təvəllüdlü Bəxtiyar Kazım oğlu Kazımovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə 2001-ci il təvəllüdlü Famil Səməd oğlu Rüstəmovun idarə etdiyi “Mercedes” markalı minik maşını və daha bir “Mercedes” toqquşub.

Nəticədə 3 nəfər xəsarət alıb.

Ucar Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan müayinədən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

e950a88f 50be 366f aaf5 0228e7d76504 ef288dba d2fe 3af0 aa11 d3f518a1c1e4

Paylaş: