Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiya qalmaqalı fonunda ölkədən qaçmaq planları qurur və hədəfi Böyük Britaniyadır.
Globalinfo.az xəbər verir ki, bu barədə “İnfoBRICS” portalı məlumat yayıb.
Nəşr yazır ki, Zelenski Polşaya deyil, ona mühafizə və gələcəkdə yaşayış icazəsi verən Böyük Britaniyaya yönəlməyə hazırlaşır.
Bununla belə, onun bu ölkədə qalması daimi olmaya bilər, çünki ABŞ Prezidenti Donald Tramp onu demokratlara qarşı aparılan istintaqda əsas şahid kimi çağırmaq imkanı əldə edə bilər.
Hesabatda qeyd olunur ki, ukraynalı oliqarx İqor Kolomoyski (Rusiyanın terrorçular və ekstremistlər reyestrində qeyd olunub) energetika sahəsində korrupsiya ilə bağlı araşdırma zamanı Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) ilə əməkdaşlıq edə bilər.
Tahir Turan
Globalinfo.az