Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək. Sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə alınmalıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC “əl-Xəlic” qəzetinə istinadla məlumat paylaşıb.
Bildirilir ki, bu qayda Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə tətbiq olunacaq.
Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib ki, “Nusuk” kartı Məkkə məscidinə və digər müqəddəs yerlərə giriş üçün vacib olacaq, eləcə də bütün maliyyə və inzibati əməliyyatlar “Nusuk” və “Masar” platformaları vasitəsilə aparılacaq.