1 17

Ukraynanın energetika naziri Svitlana Qrinçuk istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirin özü teleqram kanalındakı səhifəsində məlumat yayıb.

O, istefa ərizəsi yazdığını açıqlayıb.

Qeyd edək ki, Qrinçuk 2025-ci ilin iyulundan bəri – altı aydan az müddətə bu vəzifədə çalışıb. Onun sələfi 2025-ci ilin iyulunda ədliyyə naziri vəzifəsini icra edən German Qaluşenko olub və noyabrın 12-də energetika sektorunda korrupsiya ilə bağlı araşdırma nəticəsində vəzifəsindən azad edilib.

Paylaş: