“Zəlzələ baş verəndə ilk zəng edib yardım təklif edən ölkələrdən biri də Yunanıstan oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Yunanıstan XİN rəhbəri Nikos Dendiasın Türkiyəyə səfəri həmrəylik nümunəsidir:
“Yaxşı qonşuluq münasibətləri belə günlərdə bilinir. Münasibətlərimizin inkişafı üçün zəlzələni və başqa bir təbii fəlakəti gözləmək lazım deyil. Ümid edirəm, fikir ayrılığı yaşadığımız məsələləri danışıqlarla həll edə bilərik.
Yunanıstan xilasediciləri insanlarımızı xilas edərkən buna yunan xalqı da sevinir. Bu ağır günlərdə bizə verdikləri dəstəyə görə yunan xalqına təşəkkür edirəm”.