vucic

Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

“Təbii ki, söhbıt bir neçə ölkənin iqtisadiyyatının militarizasiyası gedir. Hərbiləşdirmə baş verəndə həmişə təhlükə yaranır. Siyasi baxımdan onlara düşmən lazımdır. Onlar bunu çoxdan müəyyən ediblər”, – o bildirib.

Çepa hərbiləşməyə nümunə kimi Ukrayna Baş Kəşfiyyat İdarəsinin Kinjal raketi ilə silahlanmış MiQ-31-i qaçırması və qırıcını NATO üzvü olan  Rumıniyaya uçurması cəhdini göstərib.

Millət vəkili vurğulayıb ki, belə bir inkişaf artıq münaqişə üçün ilkin şərtdir:

“İstənilən belə hadisə idarəolunmaz nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, bundan əvvəl Aleksandr Vuçiç Avropa ölkələrinin Rusiya ilə müharibəyə hazır olduqlarını və Serbiya ordusunun gücləndirilməsinin vacibliyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: