Bakıda güclü duman var.
Globalinfo.az xəbər verir ki, səhər saatlarından paytaxtda qatı duman müşahidə olunur.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dumanlı Bakıdan görüntüləri təqdim edirik:

Günel Cəlil
Globalinfo.az