913250 src

İstanbul Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) qadağan edilməsi üçün məhkəmə prosesi başlatmağı tələb etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Baş Prokurorluğunun açıqlamasında deyilir.

“Prokurorluq CHP-nin bağlanması üçün sorğu təqdim etməyib”, – “Cumhuriyet” qəzeti Prokurorluğa istinadən məlumat yayıb.

Bundan əvvəl bəzi Türkiyə mediası İstanbul Prokurorluğunun sorğusunun guya 11 noyabrda İmamoğluna qarşı ittiham aktının elan edilməsindən sonra verildiyini bildirib.

İstanbul Prokuroru Akın Gürlek əvvəllər Əkrəm İmamoğluna qarşı korrupsiya istintaqının başa çatdığını və prokurorluq tərəfindən həbs cəzası verilməsini tələb etdiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: