Ronaldo ondan danışdı: “Çox təkəbbürlüdür”

Ronaldo ondan danışdı: “Çox təkəbbürlüdür”

“İnter”in, “Real Madrid”in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldonu tənqid edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun açıqlamasını “Footmercato” yayıb.

“Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqında danışmağıma yox, başqalarının mənim haqqımda danışmasına üstünlük verirəm. O, tarixin ən yaxşı oyunçularından biridir, amma o, ən yaxşısıdır? Razı deyiləm. Amma onun fikrinə hörmət edirəm. Hətta deyərdim ki, Kriştianu ilk onluqdadır”, – o bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldo beşqat “Qızıl top”un qalibi və 2016-cı ilin Avropa çempionudur. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə klub üçün 11 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.