
Suriya və ABŞ prezidentləri – Əhməd Əl Şaraa və Donald Tramp Ağ Evdə keçirilən görüşdə rəsmi Dəməşqlə Vaşinqton arasında ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Globalinfo.az bildirir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində xəbər yayıb.
“Görüş zamanı tərəflər Suriya Ərəb Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətləri və onları gücləndirməyin yollarını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər”, – paylaşımda bildirilir.
Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani, onun amerikalı həmkarı Marko Rubio və ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tomas Barak da iştirak ediblər.
İki lider arasında görüş 10 noyabrda Ağ Evdə baş tutub.
X X X
Trampla Şaraa arasında görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, Suriya Prezidenti avtomobilinə əyləşərək ərazini tərk edib.
Görüşün təfərrüatı barədə məlumat verilməyib.
** 21:15
Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tərəflərin görüş zamanı müzakirə edəcəkləri məsələlər barədə təfərrüat verilməyib.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az














