ac39a7fc 4fdf 313a 9d7e 1a35643ce1b1 850

Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyəyə gedəcəyi vaxt bəlli olub.

Globalinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu bu gün Konya şəhərinə səfər edəcək. Emreli icarə əsasında “Konyaspor”un formasını geyinəcək.

Onun ilkin müqaviləsi mövsümün sonunadək nəzərdə tutulacaq.

***

Xorvatiyanın “Dinamo Zaqreb” klubunda oynayan millimizin üzvü Mahir Emreli kariyerasını Türkiyədə davam etdirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Emreli ilə “Konyaspor” arasında ilkin razılıq olub. Onun bu mövsümün sonuna kimi icarə əsasında “Konyaspor”da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ da olacaq.

Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından “Dinamo”da oynayır.

Paylaş: