Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni və xalqını məhv etməyə doğru aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov teleqramda bildirib.
O xatırladıb ki, Zelenski 6 ildən çoxdur hakimiyyətdədir.
“Əgər o, hakimiyyətdə qalsa, bu, Ukraynanın və xalqının məhvi demək olacaq”, – deyə proqnozlaşdırıb.
O hesab edir ki, Zelenskinin davamlı hakimiyyəti Ukraynanı fəlakətlə təhdid edir.
Tahir Turan
Globalinfo.az