Almaniya üçün Alternativ (AfD) partiyasından olan bir qrup deputatın BRİKS – Avropa simpoziumunda iştirak məqsədilə Soçiyə planlaşdırılan səfəri fraksiya daxilində narazılığa səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Alamaniya nəşri məlumat yayıb. Qeyd olunub ki, səfər partiya daxilində fikir ayrılığı yaradıb və xüsusilə xarici siyasət üzrə işçi qrupda ciddi müzakirələr gedib.
“Fraksiya daxilində bu məsələdə birlik yoxdur. Rusiyaya səfər fraksiya üzvləri arasında qızğın debatlara yol açıb”, – nəşrə danışan mənbə bildirib.
Məlumata görə, bu hadisə AfD-nin xarici siyasət mövqelərindəki fərqləri bir daha üzə çıxarıb. Partiyanın həmsədrləri Alice Weidel və Tino Chrupalla Moskva ilə münasibətlərin qurulmasına fərqli yanaşmalar sərgiləyirlər.
Tahir Turan