İstanbul Baş Prokurorluğunun Baş nazir Benyamin Netanyahu və bir neçə yüksək vəzifəli İsrail rəsmisi ilə bağlı çıxardığı həbs qərarına kəskin reaksiya verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar fikir səsləndirib.
Saar sosial media paylaşımında Türkiyə tərəfinin addımını özünü reklam kimi dəyərləndirib.
O bildirib ki, Türkiyə məhkəmə sistemi siyasi müxalifləri təqib etmək üçün istifadə olunur.
Əliyar Xəlil