690f60a1de283690f60a1de2841762615457d50a36537826d628fdeb122029e6435f

Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii kompozisiyalarla çıxış ediblər. Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb.

Bu gün Xankəndidə keçirilən zəfərin 5 illiyi, Azərbaycanın dövlətçilik tarixində qalib xalqın sarsılmaz birliyinin, əzmkarlığının və əbədi zəfər iradəsinin təntənəsi kimi yadda qalacaq.//APA

690f60a30c705690f60a30c7061762615457887cf2c7dfa8ec015f289d52538a229e

690f60a38a015690f60a38a0161762615457aeffafd96d8b4a17d17a1c3dfbd94921 690f60a34932b690f60a34932c17626154570d35e1af8a936699b335b10c7ce9e508

Paylaş: