e50dc9eb db70 3386 a381 a53838dc09f2 850

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.

O, vurğulayıb ki, “referendum”lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.

Paylaş: