owl detail 620 673f87eb18d14b88f2859dba4e7adfae

ABŞ-ın müharibə naziri Pit Heqset Pentaqonun daxili bürokratiyasını ölkə üçün ən böyük təhlükə adlandırıb.

Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşıb edib. Onun sözlərinə görə, ABŞ-ın qarşısında duran bu rəqib hətta Çindən də daha təhlükəlidir.

“Bu rəqib dünyanın mərkəzi planlaşdırmanın son qalalarından biridir. O, beşillik planlarla idarə olunur. Bu, Sovet İttifaqını xatırladır, amma o artıq yoxdur. Mənim danışdığım düşmən isə çox yaxındadır – Pentaqonun öz bürokratiyasıdır”, – Heqset bildirib.

Nazirin fikrincə, bu sistem yeni ideyaların qarşısını alır, azad düşüncəni boğur və bununla da həm milli təhlükəsizliyə, həm də əsgərlərin həyatına zərbə vurur.

“Heç bir xarici qüvvə, o cümlədən Çin, bu daxili düşmənin təsiri ilə rəqabət apara bilməz”, – o əlavə edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: