Kripto treyder Roman Novak və onun həyat yoldaşı Annanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) itkin düşməsi ilə bağlı yeddi şübhəli saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fontanka” portalı məlumat yayıb.
“Sankt-Peterburq məhkəməsi bu gün ilk üç nəfər barəsində həbs-qətimkan tədbiri seçəcək”, – deyə bildirilib.
Rusiya mediası onların vəhşicəsinə qətlə yetirildiyini yazıb.
Qeyd edək ki, oktyabrın 2-də Novak və həyat yoldaşı Hatta şəhərində investorlarla görüşməli idi. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, burada cütlük başqa maşına keçərək yola düşüb. Bundan sonra onlarla əlaqə kəsilib. Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsi ilə cinayət işi açıblar.
Novakın Teleqramın yaradıcısı Pavel Durovun dostu olduğu deyilir.
Əliyar Xəlil
Globalinfo.az














