Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd noyabrın 7-də Azərbaycana səfərə gəlib.
Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
***10:53
Pakistanın Baş naziri Şahbaz Şərif 7-8 noyabrda Azərbaycana rəsmi səfər edəcək.
Globalinfo.az bildirir ki, bu barədə “Report” Pakistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat verir.
XİN-də qeyd ediblər ki, Azərbaycana səfəri çərçivəsində Ş.Şərif Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
“Səfər zamanı Baş nazir Qələbə Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcək. Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək”, – Pakistan XİN-in məlumatında deyilir.














