690ba1841a120690ba1841a1211762369924690ba1841a11e690ba1841a11f 3

Keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarının xaç atası kimi tanınan Yevgeni Primakovun birinci həyat yoldaşı Laura Vasilyevna Xaradze  Qalinanın (Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva – red.) dost doğma əmisi, ya dayısı qızıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin həyat yoldaşının valideynlərinin qəbir daşında qeyd olunan soyad (Qurçkaya / Nadaraya) Gürcüstanın İmereti bölgəsində və xüsusilə Qardabani rayonunda çox yayılmış ailə adlarından biridir. Bölgədə Xaradze, Qurçkaya / Qurçiladze / Qurçkadze soyadları evlilik yolu ilə bir-birilə əlaqəlidir.

“Əminəm ki, daha dəqiq məlumatlar xüsusi xidmət orqanlarımızın arxiv materiallarında var. Hesab edirəm ki, bütün bu faktlar üzə çıxmalı və hakimiyyətdə kök salmış bu xəyanət şəbəkəsi birdəfəlik təmizlənməlidir”, – o qeyd edib.

 

Paylaş: