serj sargsyan 6

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi keçmiş prezident Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyub. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan açıqlayıb. 

O, Sərkisyana qarşı yeni ittihamın irəli sürüldüyünü bildirib:

“Bu gün keçmiş prezident istintaq orqanlarına çağırıldı və ona qarşı yeni ittiham irəli sürüldü. 2019-cu ildə baş verən yanlış anlaşılmaya görə Sərkisyanın ölkədən çıxışı məhdudlaşdırılıb. 6 il sonra məhkəməyə yeni müraciət göndərilib və cinayət içi açılıb. Dünən onu 3 dəfə məhkəməyə çağırıblar”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: