“Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə, bu sahəyə vəsait ayrılması da vacibdir”.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
Sahil Babayev deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərinə münasibət bildirib:
“Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsasında həyata keçirilir”.