WhatsApp Image 2025 11 06 at 13.13.49

“Heydər Əliyevin doğum günü ərəfəsi idi – mayın 10-na az qalırdı. Minsk Qrupunun həmsədrləri Azərbaycana, o vaxt işğalda qalan Qarabağa səfər etmişdilər. O vaxtkı həmsədr Keri Kavano isə Ağdam məscidindən bir daş parçasını özü ilə gətirmişdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev İctimai TV-də yayımlanan “Təmas xətti” verilişində səsləndirib.

“Rəsmi təmaslar başlamazdan əvvəl o daşı Heydər Əliyevə təqdim etdi. Prezident bu gözlənilməz hadisədən çox təsirləndi, hətta gözləri doldu. Sonra dedi: “Siz də, televiziya vasitəsilə bizi izləyən hər kəs də bilsin və eşitsin ki, biz o torpaqlara qayıdacağıq. Bu, çox qısa, lakin unudulmaz bir an idi”, – sabiq nazir qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: