2025 09 23T152151Z 395614772 RC2RXGA4BEO7 RTRMADP 3 UN ASSEMBLY TRUMP pic 32ratio 900x600 900x600 22420

ABŞ Prezidenti Donald Tramp noyabrın sonunda Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Amerika Biznes Forumunda çıxışı zamanı məlumat verib.

Trampın qərarı beynəlxalq diplomatik dairələrdə böyük rezonans doğurub. Qərb analitikləri hesab edirlər ki, ABŞ liderinin bu addımı Vaşinqtonun hazırkı qlobal siyasət prioritetlərində dəyişikliklərə işarə edir.

Xatırladaq ki, noyabrın 3-də Finlandiya Prezidenti Aleksander Stubb G20 görüşü çərçivəsində Rusiya və ABŞ Prezidentlərinin sammit keçirməsini təklif etmişdi. Lakin Kreml bu təşəbbüsə ehtiyatla yanaşıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: