690ba115009f2690ba115009f31762369813690ba115009f0690ba115009f1

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Globalinfo.az xəbər verir ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında Vətən müharibəsində qazandığımız Qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, şəhidlərin igidliyinin və qəhrəmanlığının gələcək nəsillər üçün örnək rolundan danışıb.

Tədbirdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini əks etdirən videoçarx nümayiş olunub.

690ba1841a120690ba1841a1211762369924690ba1841a11e690ba1841a11f 690ba1843f96d690ba1843f96e1762369924690ba1843f96b690ba1843f96c 690ba1847da78690ba1847da791762369924690ba1847da76690ba1847da77 690ba18424b4c690ba18424b4d1762369924690ba18424b49690ba18424b4b 690ba18432d8c690ba18432d8d1762369924690ba18432d8a690ba18432d8b Copy 690ba18495e42690ba18495e431762369924690ba18495e40690ba18495e41 Copy 690ba115009f2690ba115009f31762369813690ba115009f0690ba115009f1 1

Paylaş: