akt 11

Məşhur türk aktyor Orhan Aydının ailəsində faciə baş verib.

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, aktyorun Hatayda yaşayan qızı zəlzələ zamanı dağıntılar altında qalaraq ölüb. Dağıntıtılar altında qalan Eylem Şafak Aydının cəsədi çıxarılıb.

Aktyorun keçmiş həyat yoldaşını isə xilas etmək mümkün olub.

Qeyd edək ki, 75 yaşlı Orhan Aydın indiyədək Azərbaycanda da böyük maraqla izlənilən serial və filmlərə çəkilib. Türkiyə Kommunist Partiyasının üzvü olan aktyor 24 iyun 2018-ci ildə keçirilən seçkilərdə İstanbuldan deputatlığa namizəd olub.

Onu da qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Son rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 20 665 nəfər ölüb, 80088 nəfər yaralanıb, onminlərlə bina dağılıb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

fe823ad6cd47cca479dc767cbd8faf351676098425 5b9849f5 cf2e 49b8 a98e 43ea7848ee6b jpeg 1676102220 07c2d488b2da90cc3b763137d4e3192escreenshot 1 jpg a2ddc51d67fd5967534c592e79ba8e8d1676098415 7fe7e9bb 7618 4039 909b 922d6b9d26a8 jpeg

 

Paylaş: