Bakıda saxta pulla yemək alan şəxs axtarılır.
Globalinfo.az xəbər verir ki, hadisə fevralın 9-u gecə saat 03 radələrində Yasamal rayonu S.Rəhman küçəsində baş verib. Həmin küçədən naməlum şəxs “Wolt” vasitəsilə yemək sifariş edib.
Şirkətin kuryeri motosikletlə yeməkləri aparıb təqdim edərkən həmin şəxs kuryerə saxta 100 manatlıq verib. Kuryeri pulu götürüb gedəndən sonra həmin 100 manatlıq əskinasın saxta olması məlum olub və polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az














