Gizli baza aktivləşir: ABŞ soyuq müharibəyə başladı

Gizli baza aktivləşir: ABŞ soyuq müharibəyə başladı

ABŞ ordusu RusiyaÇin kəşfiyyat peyklərini müvəqqəti sıxışdırmaq (jamming/deny-of-service tipli müdaxilə) məqsədilə nəzərdə tutulmuş iki yeni sistemin yerləşdirilməsinə yaxınlaşır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” ABŞ Kosmik Qüvvələrindəki mənbələrə istinadən xəbər yayıb.

Hesabatda bildirilir ki, yeni sistemlər “Meadowlands” və “Remote Sensing Terminals” (RMT) adlanır və onlar mövcud Əks-Rabitə (Counter-Communications) strukturlarına inteqrasiya ediləcək.

RMT-lərin artıq xaricdə, dəqiq sayı və yerləri açıqlanmayacaq xüsusi sahə məntəqələrində yerləşdirilməyə başlandığı qeyd olunur. Sistemlər uzaqdan idarə oluna və qlobal şəbəkə vasitəsilə fəaliyyət göstərə biləcək.

Tahir Turan
Globalinfo.az