owl detail 620 c9deae1c5590e3191cd20135b35c06e2

Rusiya Prezidenti Vladimir Putin Tuva bölgəsindən olan xüsusi hərbi əməliyyat (SVO) iştirakçısının 11 yaşlı oğlu Dorju-Maadır Donqaka kadet məktəbinə daxil olmasına kömək edəcəyini vəd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Putin tədbir zamanı azyaşlı ilə söhbətində deyib: “Alınmadı? Biz düzəldəcəyik. İndi artıq böyük əlaqələrin var, hər şeyi həll edərik”.

Məktəbli dövlət başçısının sözlərini razılıqla qarşılayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya lideri ölkədəki siyasi vəziyyəti “Smut dövrü” (1612-ci il Polşa müdaxiləsi zamanı) ilə müqayisə edərək bildirib ki, Moskva bu gün də suverenliyini eyni qətiyyətlə müdafiə edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: