Balakən rayonunda 17 yaşlı qızın oğurlanmasının təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib.
50 yaşlı Samir Rəhimov bir müddət əvvəl xarici ölkədən kəndlərinə qayıdıb və hadisəni törədib. Dördpendirli pizza
“Kəndə gəldim. Bilirdim qız harada yaşayır. İzlədim onu. Taksiyə oturub çıxdılar. Yolda maşını saxlatdım. Qızı mindirdim öz maşınıma. Qohumumun bir yarımtikili binası var idi, ora apardım. Orada gizlətdim. Daha sonra polislər gəldi”, – Samir Rəhimov bildirib.
Digər saxlanılan şəxs Toğrul Səmədli isə deyib ki, oğurluğu Samir Rəhimovla birlikdə planlaşdırıb:
“Qohumum Samirlə birlikdə əvvəlcədən planlaşdırdıq. Samirə qız qaçıracaqdıq. Sonra qızın evini izlədik. Maşına minəndə onun arxasınca düşüb maşının qabağını kəsdik. Qızı öz maşınımıza mindirib apardıq”.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
***17:33
Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.
Zərərçəkmiş gizlədildiyi ünvandan polis əməkdaşları tərəfindən aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
