taker

Ermənistanda həbs edilən iş adamı Samvel Karapetyanın qardaşı oğlu,  “Po-Naşemu” (“Bizim yol”) hərəkatının koordinatoru Narek Karapetyan amerikalı jurnalist Taker Karlsona müsahibə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Anons qısa başlıqla dərc olunub: “Tezliklə”.

Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə saxlanılıb.

İş adamına qarşı cinayət işi açılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: