“Sui-qəsd hadisəsi həyata baxışıma böyük təsir etdi”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Bu barədə jurnalist Conatan Karl “Qisas: Donald Tramp və Amerikanı dəyişdirən kampaniya” kitabında sitat gətirib.
“Mən bu barədə düşünməyi sevmirəm. Amma, bəli, bunun təsiri oldu”, – deyə Tramp müvafiq suala cavab verib.
Jurnalistin sözlərinə görə, Trampla söhbət 2024-cü ilin iyulunda sui-qəsddən iki gün sonra olub.
“Son iki gündə baş verən hər şeyə baxmayaraq, Tramp düşündüyümdən daha rahat görünürdü”, – Karl qeyd edib.
Xatırladaq ki, 2024-cü ildə Tramp iki dəfə sui-qəsd cəhdinə uğrayıb.
Əliyar Xəlil
Globalinfo.az