1755087876 1748620508 824819 tramp 2025 gettyimages 2192426947 ca6769b349f3223b67864b1d1d21ea7c 1200x675 1748611852 900x506 3

“Venesuela Prezidenti Nikolas Maduronun sayılı günləri qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatlar planlaşdırması haqda suala cavab vermək istəmədiyini bildirib.

“Ora (Venesuela hakimiyyəti — red.) bizə çox pis münasibət göstərir  və təkcə narkotik məsələsində deyil. Onlar ölkəmizə yüz minlərlə insan göndəriblər, halbuki biz onları qəbul etmək istəmirdik. Onlar məhbuslarını azad edib bizə yolladılar. Bundan əlavə, onlar psixiatrik müəssisələrdə və ruhi xəstələr üçün sığınacaqlardakı insanları ABŞ-a göndəriblər. Bütün bunlar ölkəmizin tarixindəki ən pis prezident Co Baydenə görə baş verir”, — Tramp qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: