Bu ölkəyə gedənlərə siqaret qadağan edilir – İLK

Bu ölkəyə gedənlərə siqaret qadağan edilir - İLK

Maldiv adaları 2007-ci ilin yanvarından sonra doğulan hər kəs üçün tütün qadağası tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə  ölkənin Səhiyyə Nazirliyi bəyanat verib. 

Məlumatda qeyd olunub ki,  2025-ci ildə Prezident Məhəmməd Muizzunun təşəbbüsü ilə həyata keçirilən və noyabrın 1-dən qüvvəyə minən bu tədbir əhalinin sağlamlığını qoruyacaq və tütündən azad nəslin yaradılmasına töhfə verəcək.

Qadağa turistlərə də şamil edilir. Bu, bütün yaş qrupları üçün elektron siqaretlərin idxalı və istifadəsinə dair mövcud qaydanı tamamlayır”.

Qeyd edək ki, Maldiv adaları bu qərarla bütün nəsil üçün siqaret çəkməyi qadağan edən yeganə ölkə olub.

Safura Bənnayeva
Globalinfo.az