“Əsrin oğurluğu” ilə bağlı daha iki nəfər saxlanıldı

"Əsrin oğurluğu" ilə bağlı daha iki nəfər saxlanıldı

Luvr cinayəti ilə bağlı daha iki nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Paris Prokurorluğuna istinadla məlumat yayıb.

Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən daha iki nəfər – əvvəllər də oğurluğa görə məhkum olunan 37 yaşlı kişi və 38 yaşlı qadın saxlanılıb. Saxlanılan şəxslər onlara qarşı irəlis ürülən ittihamlarla razılaşmır, oğurluq hadisəsi ilə əlaqələri olmadığını deyirlər.

Qeyd edək ki, daha əvvəl eyni ittihamla 2 nəfər də saxlanılıb və bununla da Luvr muzeyindən oğurluğa görə saxlanılanların sayı 4 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 19-da Luvr muzeyindən bir neçə dəyərli əşya oğurlanıb. Məlumata görə, oğurlanan eksponatların ümumi dəyəri 102 milyona bərabərdir.

Aysel Əliyeva
Globalinfo.az