“ChatGPT”yə qadağa: bu sahələr üzrə məsləhət verə bilməyəcək

“ChatGPT”yə qadağa: bu sahələr üzrə məsləhət verə bilməyəcək

“OpenAI” şirkəti “ChatGPT” süni intellekt sisteminə hüquqi və tibbi məsləhətlər verməyi rəsmi şəkildə qadağan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.

“Biz istifadəçilərdən xidmətlərimizdən düzgün istifadə etməyi tələb edirik. Qaydalarımızın və təhlükəsizlik tədbirlərimizin pozulması sistemlərimizə girişin məhdudlaşdırılması və ya digər sanksiyalarla nəticələnə bilər”, – bəyanatda qeyd olunur.

Yenilənmiş qaydalar təkcə hüquq və tibb sahəsini deyil, təhsil və kredit kimi digər istiqamətləri də əhatə edir.