HƏMAS hərəkatının hərbi qanadı — “İzzəddin əl-Qəssam Briqadaları” yaxın saatlarda iki əsirin meyitini İsrail tərəfinə təhvil verəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, məlumatı “Al-Arabiya” televiziya kanalı qruplaşmanın rəsmi bəyanatına istinadən yayıb.
İsrail ordusu da Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiqləyib.
Qeyd edək ki, meyitlərin təhvil verilməsi bu ayın 10-da Qəzza zolağında qüvvəyə minmiş atəşkəs razılaşmasının birinci mərhələsinə daxildir.