Bakıda saxlanılan ruslarla bağlı qərar verildi

Bakıda saxlanılan ruslarla bağlı qərar verildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

    Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

    Qeyd edək ki, hənin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.