WhatsApp Image 2025 10 28 at 14.03.56 1

Oktyabrın 28-də Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən məlumata görə, bu mərhələdə hər iki kəndə ümumilikdə 123 nəfərdən ibarət 30 ailə qayıdıb. Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb.

Sakinlərə mənzillərin açarlarını təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları və imzaladığı sərəncamlar əsasında Böyük Qayıdış proqramı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Təzəbinə və Ballıca kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb.

Hər iki kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Təzəbinə kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər, Ballıca kəndinə isə 228 ailədən ibarət 1016 nəfər köçürülüb.Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək.

WhatsApp Image 2025 10 28 at 14.03.55WhatsApp Image 2025 10 28 at 14.03.55 1WhatsApp Image 2025 10 28 at 14.03.55 2WhatsApp Image 2025 10 28 at 14.03.56WhatsApp Image 2025 10 28 at 14.03.56 2WhatsApp Image 2025 10 28 at 14.03.57WhatsApp Image 2025 10 28 at 14.03.57 1WhatsApp Image 2025 10 28 at 14.03.58WhatsApp Image 2025 10 28 at 14.03.58 1WhatsApp Image 2025 10 28 at 14.03.59WhatsApp Image 2025 10 28 at 14.03.59 1WhatsApp Image 2025 10 28 at 14.03.59 2WhatsApp Image 2025 10 28 at 14.04.00

Paylaş: