1638879469 manat

Prezidentin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib.

Globalinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, yeni qərarla tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq edilib:

“Sosial sahəyə aid olan müəssisələrdə xidmət alan şəxslər üçün orta sutkalıq qida normalarının təsdiqi də reallaşıb. Tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları müəyyənləşib. Əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institutsional olaraq, onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı”.

Millət vəkili bildirib ki, yeni normalarda artımlar da təsdiq edilib:

“Bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılacağı anlamına gəlir. Təbii ki, bu həmin müəssisələrin fəaliyyətlərinin səmərəlliyinin artmasına, maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək. Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, sözügedən normalar müasir çağrışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Təbii ki, bu, həm də qeyd edilən qurumlarda xidmətin keyfiyyətinin artmasına gətirib çıxaracaq”.

Günel Cəlil
Globalinfo.az

Paylaş: