Rusiyanın paytaxtı Moskva şəhərinin ətrafında yenidən partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bronnitsi və Ramenskoye rayonlarının sakinləri bir neçə güclü partlayış səsi qeydə alıblar.
Hadisənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğu bildirilir.
İlkin məlumata görə, Ukrayna ordusu ardıcıl ikinci gündür Moskvaya pilotsuz uçuş aparatları ilə hücuma cəhd göstərib.
Tahir Turan
Globalinfo.az